Alimlərdən yeni kəşf
23 Mart 2013 12:35 (UTC+04:00)
The Daily Mail-in yazdığına görə, İsrail alimləri insultun olacağı
barədə insanı əvvəlcədən xəbərdar edən mükəmməl bir cihaz
hazırlayıblar.
Neurokeeper adlanan bu cihaz xarici quruluşuna görə, papağa
bənzəyir. Ona dəriyə bərkidilən 10 elektrod yerləşdiriblər.
Elektrodlar elektroensefaloqramma çəkərək, beynin elektrik
aktivliyinin yoxlayırlar. Qan axını pozulduğu halda, beynin
elektrik axınının aktivliyi dəyişilir ki, bu da insultun
yaxınlaşdığından xəbər verir.
Müvafiq mənfi dəyişikliklər elektroensefaloqrammada qeyd olunur və
cihaz xəstəni dərhal xəbərdar edir ki, "təcili yardım"çağırsın.
Məlum olduğu kimi, insult zamanı qurtuluş, hər artıq dəqiqədə ola
bilər.
Bu cihaz, əsasən, bir dəfə insult keçiən insanlar üçün nəzərdə
tutulub. Çünki, onlar yüksək risk qrupuna daxildirlər. Neurokeeper,
xüsusilə, gecə vaxtı, xəstə yatdığı və insultun ilk əlamətinin
buraxıldığı vaxt faydalıdır.
Hələki, "insultəleyhinə papaq"-ın yalnız, prototipi yaradılıb. Belə
bir cihazın dəyəri 150 funt sterlinq (200 dollar) həcmində
qiymətləndirilir. Yeni məhsul isə, satışa iki il ərzində
çıxarılacaq.