ABŞ dövlət katibi Tükiyə və İsraili təriflədi
24 Mart 2013 11:31 (UTC+04:00)
Movqe.az-in "BBC"yə istinadən verdiyi xəbərə görə, ABŞ
prezidentinin ardınca İsrailə səfər edən Con Kerri martın
23-də Qüdsdə İsrailin baş naziri Binyamin
Netanyahu ilə görüşüb.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu martın 22-də
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana zəng edərək,
2010-cu ildə "Azadlıq donanması"na ("Mavi Mərmərə") silahlı hücum
nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi üzr
istəyib.
Rəsmi üzrxahlıqla yanaşı, B.Netanyahu İsrail xüsusi
təyinatlılarının hücumu zamanı öldürülmüş Türkiyə vətəndaşlarının
doğmalarına və yaxınlarına təzminat ödəməyə hazır olduqlarını da
bildirib. Söhbət zamanı tərəflər iki ölkə arasında münasibətlərin
normallaşmasına, o cümlədən, səfirlərin qaytarılmasına dair
razılaşma əldə ediblər.