"Oğlumun vəziyyəti yaxşıdır. Dostu bu gün gedib yanına. Mən də çalışacağam bu gün görüşüm Toğrulla".
Bu sözləri Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov söyləyib. Oğlu Toğrul Əhmədovun səhhətində ciddi narahatçılığın olmadığını söyləyən F. Əhmədov hələki həkim ilə görüşmədiyini də bildirdi. F. Əhmədov oğlu ilə bağlı Gülər Əhmədovaya da vəkili vasitəsilə məlumat veriləcəyini söylədi.