Rusiyada prezident seçkiləri günü terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb

1 Fevral 2018 12:15 (UTC+04:00)

 Rusiyanın Nijni Novqorod şəhərində bu il martın 18-də Rusiyada prezident seçkiləri günündə terror aktı törətməyə hazırlaşan İŞİD terror qruplaşmasının üzvü zərərsizləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Məlumata görə, cinayətkar saxlanma əməliyyatı zamanı hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə FTX-nın xüsusi təyinatlı dəstəsi tərəfindən zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı böyük gücə malik əldəqayırma partlayıcı qurğu, daha bir neçə partlayıcı hazırlamaq üçün komponentlər, odlu silah və sursat aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb.