Spiker: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ola bilsin, MM-in iyunun 8-də ayrıca iclasını keçirdik"

1 Fevral 2018 13:36 (UTC+04:00)

"Bu il bizi gərgin işlər gözləyir. Cənab prezidentin imzaladığı sərəncama uyğun olaraq, yaz sessiyası dövründə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasını yüksək səviyyədə təşkil edəcəyik".

 
APA-nın məlumatına görə, bunu Milli Məclisin (MM) sədri Oqtay Əsədov MM-in 2018-ci il yaz sessiyasında ilk plenar iclasın açılışında deyib.
 
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ola bilsin ki, iyunun 8-də ayrıca iclas da keçirdik. Bundan başqa, bir çox məsələlər də var ki, yaz sessiyasında bizi gözləyir", - deyə spiker vurğulayıb.