Pomidorun möcüzəvi xüsusiyyətləri
25 Mart 2013 13:05 (UTC+04:00)
Badımcançiçəklilər fəsiləsindən olan pomidorun insan orqanizmi üçün
saysız-hesabsız faydaları var. Tərkibi A, B, B2, B6, C, E, K, PP,
beta keratin kimi vitaminlərlə yanaşı, kalium, kalsium, sink,
fosfor, maqnezium və dəmirlə zəngindir.
Antioksidant xüsusiyyətlərə malik olan pomidor infeksion
xəstəliklərin qarşısını alır.
Pomidor ürək sağlamlığına da müsbət istiqamətdə təsir göstərir.
O, təzyiqi və xolestrini aşağı salır.
İnfarkt və ürək xəstəlikləri riskini azaltmaq üçün gündəlik 500
milliqram təzə sıxılmış pomidor suyu və ya 50 qr pomidor sousu
qəbul etmək məsləhət görülür.
Kimyəvi tərkibinə görə aspirini xatırladan pomidor tromb
əmələgəlməsinin qarşısını 72% alır, ürək-damar sisteminin işinə
müsbət təsir göstərir
Ağır yük daşıma işində işləyənlərin, idmanla məşğul olanların və ya
yüksək təzyiqli xəstələrdə ürək böyümə riskinin qarşısını almaq
üçün səhər yeməyində bir stəkan pomidor suyu içməyi
məsləhətdir.
Pomidor göz üçün də çox faydalıdır. Yüksək göz təzyiqinin düşməsinə
kömək edir.
Pomidorun qabığı və tumu həzmi asanlaşdırır, qəbizliyi aradan
qaldırır. Öd və böyrək daşlarının meydana gəlməsinə mane olur. Bu
möcüzəvi tərəvəz döş və prostat xərçənginə də faydalıdır.
Mədəsində xora olanlara pomidoru zeytun yağı ilə qarışdırıb yemək
məsləhət görülür. Tərkibində limon və alma turşusu maddələr
mübadiləsi və iştahanın artırılması üçün faydalıdır. Pomidor
orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur.1 st. pomidor
şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri
ilə təmin etmək olar.
Pomidor kosmetik vasitə kimi də əvəzsiz bir məhsuldur. Belə
ki,bu tərəvəz dərini cavanlaşdırır, üz dərisinə təravətlik verir,
sızanaqların və çibanların meydana gəlməsinin qarşısını alır.