Qəzet redaksiyaları hədəfə alınıb
27 Aprel 2012 14:54 (UTC+04:00)
Mövqe.az
CNN-ə istinadən bildirir ki, Qırmızı Xaç Cəmiyyətinin verdiyi
məlumata görə, cümə axşamı Nigeriyanın şimalı və mərkəzində üç
bomba partlayışı nəticəsində bir kamikadze də daxil olmaqla ən azı
səkkiz adam həyatını itirib və yaralananlar da olub.
Ölkənin prezidenti bildirib ki, ilk iki bombanın hədəfi qəzet
redaksiyaları idi.
Şimali Kaduna ştatında baş verən üçüncü partlayış müəssisə
rəhbərləri tərəfindən təsdiq edilib,amma hadisə və ya zərərlə bağlı
heç bir məlumat verilməyib.
Kadunada baş verən ilk hadisə "The Sun", "ThisDay" və "The Moment"
qəzet redaksiyalarına avtomobil ilə hücum nəticəsində baş
verib.
Qırmızı Xaç Cəmiyyətindən alınan xəbərə müvafiq olaraq, şahidlər
şübhəli bilinən bombarmançıları avtomobildən almağa cəhd ediblər.
Şübhəlilərın bombanı atmas nəticəsində 4 nəfər həyatını itirib,19
nəfər isə yaralanıb. Digər şahidlər şübhəli bombardmançını tutub
polisə təslim edib.
Ziba Yusifova