Movqe.az-ın məlumatına görə, hadisə ötən gün cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, dünən cəbhənin sözügedən istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.