Afrində öldürülən terrorçuların sayı 1000-ə çatır

5 Fevral 2018 10:30 (UTC+04:00)

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı ilə bağlı məlumat yayıb.

Movqe.az milli.az-a istinadla xəbər verir ki, məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 947 terrorçu məhv edilib.

Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus obyektlər dağıdılıb, 12 terrorçu zərərsizləşdirilib.

 

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Bəxtiyar Umarlı