Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov bu il aprelin 5-də saat 11:00-da Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.