Arxangelskdəki diaspor sədrinə nüfuzlu mükafat verildi - FOTO

5 Fevral 2018 17:45 (UTC+04:00)

Arxangelsk vilayətində Azərbaycan diasporunun idarə heyətinin sədri Tərlan Qasım oğlu Qasımov Arxangelsk şəhərində müsəlman məscidinin tikintisində göstərdiyi fəallığı görə, Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin tərəfindən medalla tətlif edilib. 

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. 

“Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin imzaladığı sənəddə Tərlan Qasımovun İslam prinsiplərinin sadiqliyinə, mehriban qonşuluğa, sülhə, yaradıcılığa, millətlərarası və dinlərarası həmrəyliyin yaradılması üçün göstərdiyi aktiv fəaliyyətinə görə və tarixi Arxangelsk məscidinin yenidənqurmasına verdiyi töhfələrə görə, Rusiya müsəlmanları medalı ilə təltif edildiyi yazılıb”,-deyə E.Eltürk qeyd edib. 

Tərlan Qasımovla yanaşı, 5 həmyerlimiz diplomla təltif olunublar.