“Azərbaycan gəncləri buna heç bir zaman imkan verməyəcək”

6 Fevral 2018 12:56 (UTC+04:00)

Tanınmış idman nümayəndəsi, “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov Əli Kərimlinin xalqımıza dediyi sözlərə görə etiraz edib.

 

“Bu yaxınlarda bir video rolika  baxırdım. Əli Kərimli 20 yanvar — Ümumxalq Hüzn Günü polisin insanların təhlükəsizliyini təmin edilməsi üçün Şəhidlər Xiyabanına insanları niyə növbə ilə buraxmasına etiraz edirdi. 1990-ci il qanlı yanvar günü sən Əli Kərimli, sən İsa Qəmbər, Nemət Pənahlı, Etibar Məmməov və digərləri xalqı aldatdınız və bildirdiniz ki, tərpənmiyin yerinizdən sizə silah paylayacaqlar. Rus ordusuna qarşı müqavimət göstərmək üçün, ancaq özünüz və sizin kimlər qaçıb gizləndiniz. Hətta xalqı qırğına verdiniz. Niyə sizlərdən biri şəhid olmadı? Çünki siz o zamanlar satqın olmusunuz. İndi isə düsmüsüz ortalığa seçkidən danışırsınız. Bunu bilin ki, və unutmayın ki, Azərbaycan xalqının əsl məhv olacağı gün sizlərdən hər hansı biri hakimiyyətə gələcəyi gündür və bunuda bilin ki, Azərbaycan gəncləri buna heç bir zaman imkan verməyəcək”.