Milyon udmuş lotereya biletini itirdi, intihar etdi

9 Fevral 2018 14:38 (UTC+04:00)

Tailand sakini lotereyadan 1,3 milyon dollardan çox məbləğ udduqdan sonra evində ölü tapılıb.

Movqe.az-ın məlumatına görə, meyitin üzərində üzrxahlıq məktubu aşkar edilib.

 

Məktubda yazıb ki, lotereyada böyük məbləği udduqdan sonra bu hadisəni öz yaxınları ilə qeyd edib. Amma daha sonra həmin uduşlu lotereya biletini itirdiyini aşkar edib.

Məlum olub ki, nəticədə həmin şəxs öz yaxınlarına üzrxahlıq məktubu yazaraq intihar edib.