"Üzümçülük və şərabçılıq haqqında" qanuna dəyişiklik edilir

9 Fevral 2018 17:24 (UTC+04:00)

Azərbaycanda hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə xüsusi rejim yaradıla bilər.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Üzümçülük və şərabçılıq haqqında" qanun layihəsinə dəyişiklik edilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, sözügedən qanunun 22.4-cü maddəsinə təklif olunan dəyişikliklərə əsasən fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə "Fövqəladə vəziyyət haqqında" və "Hərbi vəziyyət haqqında" qanunlara uyğun olaraq xüsusi rejim yaradıla bilər.

Qanunun hazırda qüvvədə olan variantına görə, xüsusi rejim yalnız fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə qanunvericilik müəyyən edilmiş qaydada yaradıla bilər.

 

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.