Bayıl yamacındakı sürüşmə ilə bağlı TƏFƏRRÜATLAR

10 Fevral 2018 19:51 (UTC+04:00)

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə uçub.

Movqe.az-ın  məlumatına görə, sürüşmə bu gün səhər saatlarında baş verib.

 

Uçan evlər ilk sürüşmə zamanı çat verən evlərdir. 50-yə yaxın evdə hazırda çatlar böyüyüb. Sakinlər sığınacaqlara yerləşdirilib.

Hazırda ərazi polis əməkdaşları tərəfindən nəzarətə alınıb, sürüşmə zonasına sakinlər buraxılmır. Sakinlərin təhlükəsizliyi üçün tədbirlər görülür. Aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir.