Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritet imiş

12 Fevral 2018 12:05 (UTC+04:00)

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.

Movqe.az unikal.org-a istinadən xəbər verir ki, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı" ləqəbi ilə tanınan kriminal avtoritet olub.

O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da krminal aləmin üzvüdür və "İsim" ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir.