Bakıda pul və qızıl əşyalar oğrulayan dəstə tutulub.
Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Xətai RPİ 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9.700 manat pul vəsaiti və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıblar.