Azərbaycan Sənaye Bankından bayram töhfəsi
28 Mart 2013 16:55 (UTC+04:00)
Azərbaycan Sənaye Bankı mikro kreditlərin verilməsinə
başlayır. Mikro kreditlər ilkin olaraq Azərbaycan Sənaye
Bankının Sumqayıt filialında verilməyə başlanıb. Azərbaycan Sənaye
Bankı regionların iqtisadi inkişafına dəstək olaraq Bakı və ətraf
qəsəbələrdə eləcə də regionlarda yaşayan sahibkarlar üçün
mikrokreditlərin verilməsinə başlayır. Bu kreditlər əsasən kənd
təsərrüfatı, ticarət və xidmət sahələrində çalışan sahibkarlar üçün
nəzərdə tutulur.
Ailə təsərrüfatı gəlirlərinin artırılması, kiçik və orta biznes
sahiblərinin bazar iqtisadiyyatındakı aktiv iştirakının təmin
olunması üçün ASB Bank tərəfindən təqdim olunan bu kreditlər
sahibkarların maliyyə ehtiyaclarını qarşılayacaqdır.
Kreditlərin verilməsində Azərbaycan Sənaye Bankı üç prinsipi əsas
tutur. Bunlardan birincisi müştərilərin müraciətlərinə şəffaf
yanaşmadır ki, bütün reklam materiallarında və kommunikasiyalarda
kreditlərin verilməsi şərtləri əks olunduğu kimi tətbiq olunur.
İkinci hər bir sahibkar Bankımızda güvənli dəstək ala bilər.
Müştərilərin müraciətləri təcrübəli mütəxəssislər tərəfindən analiz
olunaraq, sahibkarların maliyyə təhlükəsizliyi nəzərə alanaraq
qərarlar verilir. Üçüncü və ən önəmli məsələ keyfiyyətli xidmətdir.
Kiçik və orta biznesin maliyyə ehtiyaclarının təcililiyi nəzər
alınaraq müraciətlərə sürətli bir şəkildə baxılaraq, yüksək
keyfiyyətli xidmətin göstərilməsi təmin olunur.Mikro kreditlər Kənd
təsərüfatı və ya ticarət, xidmət sahəsi üzrə qrup kreditləri
şəklində təqdim olunur. Birgə borclular qrupuna daxil olan üzvlər
təsərrüfat və qeyri təsərüfat sahəsi ilə məşğul olan sabit gəlirli
şəxslərdən ibarət olmalıdır. Bu kreditlərin ən əsas xüsusiyyəti
ondan ibarətdir ki, qrup kreditləri birgə zaminlik əsasında, əlavə
əmlak girovu tələb olunmadan təqdim edilir. Kreditin əsas məbləği
və ona hesablanmış faizlərin geri ödənişi, kreditin təyinatına və
müştərinin ödəmə qabiliyyətinə uyğun olaraq həyata keçirilir. Qeyd
olunan kreditlər ilkin olaraq Azərbaycan Sənaye Bankının Sumqayıt
filialında verilməyə başlanmışdır. Daha sonra mərhələli şəkildə
Gəncə, İmişli və Dərnəgül filialları tərəfindən də təqdim olunması
planlaşdırlılır. Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı"
1996-cı ildən fəaliyyətə başlayıb. 31 Yanvar 2013-cü il tarixin
nəticələrinə görə bankın aktivlərinin həcmi 163,9 mln. manat,
depozit portfeli 90,4 mln. manat, kredit portfeli 109,4 mln. manat,
nizamnamə kapitalı 28,0 mln. manat təşkil edir.Bankın respublika
üzrə 8 filialı, 2 şöbəsi, 38 bankomatı və 660 POS-terminalı
mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin
sayı 33.000-dən, cəmi müştərilərinin sayı isə 52.000 -dən
çoxdur.