Cəsus antiviruslar sizi izləyir
28 Mart 2013 17:50 (UTC+04:00)
"Bəzi antivirus proqramları vasitəsilə kompyuterlərə nəzarət etmək
mümkündür. Bu cür antivirus proqramları çox təhlükəlidir. Bəzən
antiviruslara cəsus proqramlar yazılır ki, həmin proqram kompyterdə
aktivləşən zaman istənilən məlumatı kompyuterdən oğurlamaq mümkün
olur. Ona görə də antivius alarkən ehtiyatlı olmaq, bu cür amillərə
diqqət yetirmək lazımdır".
Bu sözləri Movqe.az-a açıqlamasında Kür Elektron Avadanlıqların
İstehsalı MMC-nin Baş direktoru Rizvan Osmanov
söyləyib. Multimedia Araşdırmalar Mərkəzinin rəhbəri Osman
Gündüz də deyir ki, cəsus proqramlara əsasən lisensiyasız antivirus
proqramlarında rast gəlinir: "İnternetdən əldə edilən antivirus
proqramlarının çoxuna əl gəzdirərək bu cür fayllar qoşmaq
mümkündür. Ona görə də, kim kompyuterindəki informasiyalarının
təhlükəsizliyini istəyirsə bu cür antivirus proqramlarını almaqdan
çəkinməlidir".