Daha bir “Cek Pot” uduşu: 69 min 420 manat məbləğində “Binqo+8” və “Bahar Sevincləri” ilə bayramınıza bayram qatın

21 Fevral 2018 13:56 (UTC+04:00)

2018-ci ilin yanvar ayında “5/36” lotereyasında 41 min 380 manat, 13 min 630 manat və “6/40” lotereyasında 70 min 810 manat məbləğində “Cek Pot” uduşları qeydə alındıqdan sonra intellektual lotereyalar sırasında “Cek Pot” uduş yarışması yeni gərgin mərhələyə keçmişdi. Lotereya həvəskarları növbəti “Cek Pot” uduşunu “6/40” lotereyasından gözlədikləri halda, “5/36” lotereyası “Cek Pot” uduş tezliyi üzrə şəksiz lider olduğunu bir daha sübuta yetirdi. Bu lotereyanın 18 fevral tarixli tirajında “Cek Pot” uduşu qeydə alındı: 051384№-li lotereya biletinin sahibi olan bəxtəvər həmvətənlimiz 69 min 420 manata sahib oldu və indi haqlı olaraq intuisiyasının gücü ilə qürrələnə bilər...

İntellektual lotereya həvəskarları “6/40” lotereyasından tutarlı cavab gözləməkdədirlər və bu cavab kifayət qədər sanballı rəqəmlə ifadə olunur. Belə ki, “6/40” lotereyası iştirakçılara 60 min manatdan çox olan sanballı bir “Cek Pot” təklif edir. Bu təklifə yetərincə ciddi yanaşmağa dəyər. Yeri gəlmişkən, bu məbləğ lotereya istehlakçılarına təklif olunan yeganə sanballı uduş deyil. Həftəlik lotereyalar da iştirakçılara çoxsaylı və diqqəti cəlb edən, kifayət qədər yüksək məbləğli uduşlar təklif edirlər. Növbəti bazar ertəsi “Yeni Binqo” lotereyası 5 min manat məbləğində “Cek Pot”, 31 min manat məbləğində “Binqo”, 68 min manat məbləğində “Super Binqo”, 60 min manat məbləğində “Fortuna” və nəhayət 75 min manat məbləğində “Meqa Pot” uduşlarını, çərşənbə tirajında isə “Klassik Loto” lotereyası 10 min manat məbləğində “Cek Pot” və 91 min manat məbləğində “Meqa Pot” uduşlarını lotereya həvəskarlarının ixtiyarına verir.

İş həftəsinin son axşamı - cümə tirajında isə lotereya istehlakçılarını bazarın ən möhtəşəm uduşu – “4+4” lotereyasının 145 min 379 manat məbləğində “Cek Pot”u gözləyir. Lakin nə qədər qəribə görünsə də, bir çox lotereya həvəskarları üçün bu və ya digər lotereyada iştirakın əsas motivi heç də oynanılan uduşların məbləğləri deyil. Lotereya istehlakçılarının da zövqləri müxtəlifdir. Kimi klassik oyunlara üstünlük verir, kimi intellektual oyunların azarkeşidir, kim isə ani lotereyalarda daha həvəslə iştirak edir. Lotereya istehlakçılarının zövqlərindən danışarkən bayram layihələrini xüsusi qeyd etməyə dəyər. Xatırladırıq ki, populyar bahar layihələri olan “Binqo+8” və “Bahar Sevincləri” lotereyaları artıq lotereya istehlakçılarının ixtiyarındadır.

Baharın ilk bayram lotereyası “Binqo+8” mart ayının 7-də başa çatır. Bu unikal lotereyanın tirajı beş turdan ibarətdir. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından

hər hansı bir, ikinci turda hər hansı iki, üçüncü turda hər hansı üç, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş bilet(lər) uduşlu sayılır. Bu turların hər birində qalib gələn bilet 5 min manat udur. Beşinci turda beş üfüqi sırası ən tez tam dolmuş bilet də 5 min manat udur. Belə ki, əsas turlardan əvvəl, seriya nömrəsi lototrondan çıxan altı rəqəmə uyğun gələn bilet sahibinə 20 min manat qazandırır.

Əsas turlar başa çatdıqdan sonra da sanballı bir uduş iştirakçıları gözləyir. Belə ki, bu mərhələdə keçirilən əlavə turda seriya nömrəsi lototrondan çıxarılan altı rəqəmə uyğun gələn bilet 10 min manat udur. Hər iki turda uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və bu prosedur uduş öz sahibini tapana qədər davam edir. Başqa sözlə bu uduşlar yüz faizli bölünməz uduşlardır. Əsas turlardan əlavə keçirilən daha iki turda isə son iki rəqəmi lototrondan çıxan rəqəmlərlə uyğun gələn bütün biletlərin sahibləri hərəyə 2 manat qazanırlar.

Bu gün lotereya həvəskarları nəfis tərtib edilmiş açıqca olan “Binqo+8” lotereya biletini hədiyyə kimi ala bilərlər. 7 mart saat 19.30-da bu biletlər sahiblərini irili xırdalı çoxsaylı pul uduşları ilə yanaşı 5 ədəd 5 min manatlıq uduşa, eləcə də 10 min manat və 20 min manat məbləğində 100 faizli bölünməz uduşlara sahib edəcək. Başqa sözlə, yazın ilk zəriflik bayramı - 8 Mart Beynəlxalq Qadınlar Günündə “Binqo+8” lotereya biletiniz möhtəşəm hədiyyəyə çevrilib Sizi hədiyyə seçimi qayğılarından azad edə bilər...

Mart ayının bayram uduşları bununla bitmir. Daha 5 ədəd 5 min manatlıq uduş, daha bir 10 min manat və 20 min manat məbləğində 100 faizli uduşlar sizi “Bahar Sevincləri” lotereyasının 21 mart tirajında gözləyəcək. Bu tirajda da istənilən üfüqi sıralarından hər hansı bir, hər hansı iki, hər hansı üç, hər hansı dörd üfüqi sırası ən tez dolmuş bilet(lər) 5 min manat udur. Beşinci turda da beş üfüqi sırası ən tez tam dolmuş bilet də 5 min manat qazandırır. Bəli, 21 mart axşamı saat 19.30-da sadalanan bu uduşlar, eləcə də 10 min manat və 20 min manat məbləğində 100 faizli uduşlar milli bayramımız olan bərəkətli Novruz bayramından uduş yağışıdır. “Binqo+8” və “Bahar Sevincləri” lotereyaları ixtiyarınızdadır. İxtiyar sahibi olun. Baharın zəriflik və bərəkət bayramlarına uduş bayramınızı qatın...