İsrail ordusu fələstinlilərin balıqçı qayığına atəş açdı

26 Fevral 2018 09:30 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağındaki balıqçılıq zonasının hüdudlarından kənarə çıxan balıqçı qayığına atəş açıb.

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə ordunun Twitter hesabında məlumat dərc edilib.

 

Məlumata əsasən, hadisə nəticəsində bir fələstinli həlk olub.

İnsidentin Qəzza zolağının şimalında baş verdiyi bildirilir.