Çin ilk dünya müşahidə peykini apreldə göndərəcək
29 Mart 2013 15:32 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çin Dövlət
Elm, Texnologiya
və Sənaye
İdarəsi, ölkənin
ilk yüksək səviyyəli
dünya müşahidə peykinin
apreldə göndəriləcəyini
bildirib. Peykin
və daşıyıcı "Uzun Hərəkət2"
raketlərinin test
mərhələsinin tamamlandığı,
peykin havaya qalxma
sahəsinə yerləşdirdiyi
bildirilib. Çin, 2015-ci ilə
qədər kosmosa 5-6
peyk göndərməyi hədəfləyir.
Təşkilat bununla fəlakətlərin
təsirinin azaldılması,
resursların, ətraf mühitin
və milli təhlükəsizliyin
qorunması xidmətinin verilməsini planlaşdırır.
Sistemin şəhərlərin
nəqliyyat rəhbərliyində də
fayda verəcəyi düşünülür.