12 mərtəbəli bina çökdü

29 Mart 2013 13:26 (UTC+04:00)
Tanzaniyanın iqtisadi paytaxtı Darüsselamda çox qatlı binanın çökdüyü bildirilib. Movqe.az ""BBC"ə istinadən bildirir ki,  ən az üç nəfər həlak olub, aralarında uşaqlar da olan 45 nəfərdən isə hələ də xəbər alına bilməyib. Hadisə zamanı onlarla nəfərin binanın daxilində ətrafında olduğu deyilib.  Rəsmilər13 nəfərin dağıntılardan sağ çıxarıldığını, lakin aralarında tikinti işçiləri, şəhər sakinləri   Quran kursunun tələbələri olan uşaqların da olduğu 45 nəfərdən hələ də xəbər alına bilmədiyini söyləyib. Hadisə yerli vaxtla 10.45 radələrində baş verib.