Təhsil Nazirliyi gələcəkdə müəllimlərin işə qəbulu üzrə imtahanları Gəncədə keçirməyi nəzərdə tutur.
Movqe.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bu il müəllimlərin işə qəbul imtahanları yalnız Bakıda keçiriləcək: "Hələlik gücümüz bu imtahanları yalnız Bakıda keçirməyə çatır. Bu imtahanları gələcəkdə Gəncədə keçirmək fikrimiz var". Təhsil naziri vurğulayıb ki, müəllimlərin işə qəbulu üçün imtahanlar bu il daha ciddi şəkildə təşkil olunacaq. Onun sözlərinə görə, növbəti tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu üçün imtahanda istifadə ediləcək suallar daha da təkmilləşdiriləcək, imtahana nəzarət daha güclü şəkildə təşkil olunacaq.