Bayıl sürüşmə zonasında uçan evlər üçün kompensasiyanın necə hesablanacağı açıqlanıb

4 Aprel 2018 13:18 (UTC+04:00)

"Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək".

  Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifovbildirib.

 A. Şərifov deyib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq: "Ancaq qiymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikiilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".