Prezident seçkiləri günü təcili yardım gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

5 Aprel 2018 12:46 (UTC+04:00)

Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Movqe.az-ın məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, təcili yardımın bütün işçiləri iş başında olacaq: "Hər bir çağırışa çevik cavab verəcəyik".