Müşahidəçilər seçkilərin gedişindən razıdırlar

11 Aprel 2018 15:05 (UTC+04:00)

Azərbaycanda növbəti prezident seçkiləri iəl bağlı Movqe.az-ın əməkdaşı 33 saylı Xətai birinci seçki dairəsi 17 saylı seçki məntəqəsində olub. Məntəqə sədri Adəm Şəbiyev seçici aktivliyinin yüksək olduğunu bildirdi: “Əsas fəallıq günün ikinci yarısından  sonra müşahidə edilməyə başladı. Belə ki, günorta saatlarına qədər 500-ə yaxın seçici gəlmişdisə, günün sonunda bu rəqəm dəfələrlə artdı”.

Adəm Şəbiyev səsvermə prosesi ərzində heç bir qanun pozuntusunun qeydə alınmadığını vurğuladı.  Müşahidəçilərdən isə ATƏT PA-dan, həmçinin müxtəlif partiya və mətbuat nümayəndələrinin olduğunu bildirdi.  

Qeyd edək ki, məntəqədə “Rəy” Monitorinq Mərkəzi” də “exit-poll” keçirirdi.