Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Meksikanın Ticarət Nümayəndəliyinin üzvlərinin Bakıya səfəri çərçivəsində baş tutan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
Səfirin sözlərinə görə, 2015-2017-ci illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi 9,6 milyard dollar olub. Halbuki, 1993-2014-ci illər ərzində bu rəqəm 1, 2 milyon dollar təşkil edirdi.
Diplomat qeyd edib ki, Meksika malları Azərbaycana üçüncü ölkə vasitəsilə çatdırılır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19,3 milyon dollar təşkil edib.