Prezident İlham Əliyev Ataxan Paşayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında arxiv işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ataxan Əvəz oğlu Paşayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.