Bakıda çoxmərtəbəli binada yenidən yanğın baş verib

28 Aprel 2018 21:30 (UTC+04:00)

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada yenidən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a bildirilib ki, axşam saatlarında binada yenidən yanğın qeydə alınıb.

Hazırda hadisə yerində nazirliyin yanğınsöndürmə briqadaları çalışır.

Yanğının lokallaşdırıldığı bildirilir. Xəsarət alan yoxdur.