Gülüş,təbəssüm bizim həyatımızda olduqca böyük rol oynayır,ürək
açıqlığını,emosiyaların saflığını heç nə gülüş kimi aydın təzahür
etdirmir.Əlbəttə,biz hiyləgərlərin,xəyanətkarların saxta,yersiz
gülüşlərini deyil,insanların səmimi,daxildən gələn dadlı
gülüşlərini nəzərdə tuturuq.Doğurdan da ürəkdən gələn gülüş böyük
müalicə vasitəsidir,psixik gərginliyin azalmasıdır.Sanki gülüş seli
öz qabağındakı bütün çirkinlikləri qovub qırağa tullayır.doğrudanda
gülmək insana çox yaraşır.
Şərq filosoflarından biri yazmışdır:"Yer üzündə insanlıq təbəssümün
ilk görünüşü ilə bərabər başlanmışdır.İnsanlardan əvvəl bu qara
torpaq üzərində təbəssümdən əsər belə görünməzdi.gülüş ancaq insana
məxsusdur.Təbəssüm ruhun sağlamlığı qədər səadətində
müjdəçisidir.Beşikdəki uşağın ilk gülüşü başladığı gün ailə
səadətinin tamamlandığı gündür.Uşağın ilk tərbiyəçisi anasının
təbəssümüdür.Sonralar bir çox göz yaşı axıdan eşqin ilk başlanğıcı
da dadlı bir təbəssümdür.Dostlar arasındakı səmimiliyi göstərən da
təbəssümdür".Bu fikirlərin çoxu ilə razılaşmamaq olmaz.Həqiqətən
çöhrəsini gülüş bəzəyən adamla yaşamaq,işləmək çox
asandır,xoşdur.
Türkan Nadirqızı
Movqe.Az