Milli şou-biznesin sevimli cütlükləri – FOTO

1 May 2012 12:05 (UTC+04:00)

Azərbaycan şou-biznesinin yeni cütlüyü səmimi münasibətlərini davam etdirirlər. Movqe.Az xəbər portalının məlumatına görə, həmin şəxslər populyar gənc ifaçı və bəstəkar Pərviz Mahmudov və "Azəri Top-Model" müsabiqəsinin iştirakçısı Səbinə Allahverdiyevadır. Cütlük bu günlərdə Heydər Əliyev Sarayında keçirilən "V&V Company"nin təsis etdiyi "Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011"in təqdimat mərasimində bir yerdə görünüblər. Həmçinin cütlük tədbirdə və müxtəlif məkanlarda mehribancasına çəkdirdikləri şəkilləri "Facebook" sosial şəbəkəsində öz səhifələrində yayımlayıblar.

Qeyd edək ki, P.Mahmudov 1983-cü ildə dünyaya gəlib. 2007-ci ildən bəstəkar kimi fəaliyyət göstərir və o, ifaçı kimi də tanınır. S.Allahverdiyeva isə 1992-ci ildə dünya gəlib. O, 2011-ci ildə keçirilən "Azəri Top-Model" müsabiqəsinin iştirakçısı olub. Gənc model fotomodel kimi də tanınır.

Fuad Mədətov

Movqe.Az