Vətəndaş müharibəsi kölgəsində seçkilərə doğru

1 May 2012 13:07 (UTC+04:00)

Mövqe.az "Euronews"a istinadən bildirir ki, Suriyada  may ayının 7-si 40 il sonra ilk çoxpartiyalı seçkilər keçiriləcək.

Ancaq nə Şam rəhbərliyin seçki qərarı, nə də Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri ölkədə axan qanı dayandıra bilmirlər.

İdlibdə bomba yüklü vasitələrlə həyata keçirilən hücumlarda ən azı 20 nəfər həyatını itirib.

Suriya rəsmi qaynaqlarında isə, müxalifləri məsul tutduğu hücumlarda 8 mülki və bir təhlükəsizlik işçisinin öldüyü, yüzdən də çox adamın yaralandığı açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının müşahidəçi heyəti başçısı norveçli general Robert Mudun

Suriyaya çatmasından dərhal sonra meydana gələn şiddətli hadisələrdə ən az 70 adam həyatını itirib.

Suriya İnsan Hüquqlarına  görə, ölkədə 13 aydır davam edən şiddətli hadisələrdə ölənlərin sayı 11 mini keçib.

Suriyalılar bir tərəfdən addım-addım vətəndaş müharibəsinə yaxınlaşarkən, bir tərəfdən də Şam küçələrini bəzəyən rəngli afişalarla parlament seçkilərinə hazırlaşır.

Beynəlxalq müşahidəçilərə baxmayaraq, şiddətli hadisələrin hər keçən 

gün  artması ilə ölkədə seçkilərin hansı şəraitdə keçiriləcəyi 

qeyri-müəyyənliyini qoruyur.


Ziba Yusifova 

Movqe.az