Müğənninin eşşəyə ehtiyacı var - FOTO

1 May 2012 13:28 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atasını bir neçə il əvvəl itirən Türkiyənin tanınmış modeli və müğənnisi Gizəl Özdilli, xəstə olduğu vaxtlarda etdiyi araşdırmalar nəticəsində maraqlı məlumat əldə edib. G.Özdilli, eşşək südünün bir çox xəstəliklərin dərmanı olduğunu öyrəndən sonra bu südün axtarışına çıxıb. O, ölkəsində və dünyada bu mövzuda ciddi tələblər olduğunu bilir və çarəsizlikdən eşşək ferması qurmaq üçün münasib yer axtarmağa başlayıb.

G.Özdilli, yaxın günlərdə açacağı eşşək fermasında süd istehsal edib, bunun ticarəti ilə məşğul olacaq.

Fuad Mədətov

Movqe.Az