Bakıda avtobus sərnişini əzib keçdi (ÖZƏL XƏBƏR)

1 May 2012 16:55 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bugün Xətai prospektində, günorta  saatlarında xoşagəlməz yol-nəqliyyat hadisəsi baş verib.

24 nömrəli avtobus sərnişinlərindən biri avtobusun təkərləri altında qaldı.

Qeyd edək ki, sərnişin avtobusdan düşərkən, ayağı qapıya ilişir. Səbəbsə sürücünün sərnişinin avtobusdan enməsini gözləməməsidir.

Onuda qeyd edək ki, sərnişin yıxılan zaman avtobus hərəkətdə olub. Nəticədə sərnişin avtobus təkərinin altına düşür.

Zərərçəkənin qışqırığına baxmayaraq avtobus sürücüsü heç bir reaksiya vermir. Avtobusdakı sərnişinlərin israrlarından sonra sürücü nəhayət ki, avtobusu dayandırır.
Zərər çəkən xanımı həmin avtobusla ağır vəziyyətdə ən yaxın xəstəxanaya apardılar. Qeyd edək ki, zərərçəkənin vəziyyətindən hələki bir xəbər yoxdur.

Türkan Nadirqızı

Movqe.Az