Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir

4 Dekabr 2018 10:26 (UTC+04:00)

Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Movqe.az Report-a istinadən xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.

Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.

Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfirKestutis Yankauskas görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.