Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Movqe.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndiərazisindən keçən hissəsində qeydə alınıb.
“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl İmişlidə yol qəzası zamanı sürücü xəsarət alıb.