360 kq-a yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

2 May 2013 18:28 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Xırdalan şəhərində

- Bakı-Sumqayıt şosesi Gənclər şəhərciyində Məcnun Allahverdiyevə məxsus mağazada;



Sumqayıt şəhərində

- 1-ci mikrorayon Sülh küçəsində Ağabani İsmayılovaya məxsus "Elçin" mağazasında saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb;



Bakının Xətai rayonunda

- Zığ şosesi, ev 32 ünvanında Amil Məhərrəmova məxsus mağazada;

- İ.Həbibov küçəsi, ev 62H ünvanında Lefisə Əliyevaya məxsus "Səhər M" mağazasında;



Nərimanov rayonunda

- A.Bakıxanov küçəsi, 759 məhəllədə Sona Səfərəliyevaya məxsus "Moskva ərzaqları" mağazasında;

- Həsən Əliyev küçəsi, ev 88 ünvanında Namik Xanəliyevə məxsus "1001 Gecə" mağazasında;



Nizami rayonunda

- C.Naxçıvanski küçəsi, ev 66A ünvanında Zavir Yusifova məxsus "VİP-2" mağazasında;



Goranboy şəhərində

- S.Civəzadə küçəsində Əfqan Quliyevə və Müşkünaz Aşırovaya məxsus mağazalarda;

- H.Əliyev prospektində Maya Civəzadəyə və Pərviz Aslanova məxsus mağazalarda;



Xaçmaz şəhərində

- N.Nərimanov küçəsində Sevil Şərifovaya məxsus mağazada;

- M.Müşfiq küçəsində Elmar Cabbarova məxsus mağazada;



Gəncə şəhərində

- Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda Zilxumar Qədimovaya məxsus mağazada;

- İ.Qayıbov küçəsi, 1-ci döngənin kəsişməsində Mənzərə Əzizovaya məxsus mağazada;



Ağdaş şəhərində

- H.Əliyev prospektində Elbrus Vəliyevə və İlham Mustafayevə məxsus mağazalarda;

- M.İsayev küçəsində Vüqar Əhmədova məxsus mağazada;

- M.Ə.Rəsulzadə küçəsində Cəbrayıl Nəbiyevə məxsus mağazada;



Ağcabədi şəhərində

- H.Əliyev prospektində Habil Bayramova və Mürsəl Musayevə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.


Ümumilikdə, monitorinqlər zamanı 360 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.