Neftin qiyməti ətrafında böyük spekulyasiyalar başlanır
3 May 2013 11:30 (UTC+04:00)
Aparılan son müşahidələr neftin dünya bazarlarında qiymətinin
düşməyə meyl etdiiyni göstərir. Bir sıra qurumlar isə iddia edir
ki, neftin qiyməti bundan sonar daha sürətlə aşağı düşəjək. Hətta
"Saxo Bank" 2013-cü ildə neft qiymətlərinin 50 dollara qədər düşə
biləcəyini proqnozlaşdırır. Buna səbəb isə Amerikadakı şist
qazların hasilatı sahəsində edilən yeniliklər göstərilir. Neftin
qiyməti dəyişməsi isə Azərbaycan, eləcə də "qara qızıl" hasil edən
digər ölkələr üçün maraqlıdır. Düzdür, Prezident
Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri
Mail Rəhimov isə bildirib ki, ölkəmiz üçün heç bir təhlükə yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsində 1 barrelinin
qiyməti 100 ABŞ dolları səviyyəsində götürüldüyündən qiymətlərin
enməsindən narahat olmağa dəyməz.
Çünki ucuzlaşma müşahidə edilsə də, qiymətlər qeyd olunan məbləğdən
aşağı düşməyib.
Yerli ekspertlərin əksəriyyəti də bildirir ki, neft qiymətlərinin
50 dollara qədər düşə bilməsi ehtimalı çox aşağıdır. Neft
Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, neftin
qiymətinin bu həddə düşməsi ağlabatan deyil: "Çünki, hazırda neftin
qiymətinin 100 dollar ətrafında olması, inflyasiya və digər
amilləri ortaya qoyanda onun real qiyməti təqribən 80 dollardır. Bu
isə həm istehsalçılar, həm də istehlakçılar üçün komfortlu qiymət
hesab olunur. Həmçinin dünya iqtisadiyyatına stimul verən
qiymətdir. Əlavə olraq, bu qiymətlər dünya bazarıda alternativ
enerjinin inkişafına və digər qeyri - ənənəvi olan
karbohidrogenlərin istehsalına çox böyük stimul yaradır. Hansı ki,
2007 – ci ildən sonra alternativ enerjinin inkişafına və digər
qeyri - ənənəvi olan karbohidrogenlərin kütləvi istehsal
başlanılıb. Vaxtı ilə neftin qiyməti 70 dollar olan zamanlar şits
neftə baxan yox idi. Ancaq neftin qiyməti artandan sonra həm
texnoloji baxımdan sıçrayışlar oldu, həm də o səviyyəyə çatdı ki,
ənənəvi və qeyri - ənənəvi karbohidrogenlər arasında bir balans
yarandı. Yəni, ikisi arasıda bir proporsiya var".
Ekspert onu da əlavə etdi ki, neftin qiymətini bazar
müəyyənləşdirir: "Spekulyativ, siyasi amillər olsa da, qiymət
düşməsi heç vaxt uzunmüddətli olmur. Çünki, bir ildə dünyada 4
milyard tona yaxın xam neft satılır. Bunun da hamısını mötəkirlik
yolu ilə satmaq mümkün deyil. Uzağı 10 – 15 %-ni satmaq olar.
İkinci tərəfdən də tutaq ki, neftin qiyməti 50 dollara düşdü. Belə
olarsa, artıq alternativ enerji mənbələri və şit qazın, şit neftin
hasilatı dayanır. Bütün tələbat artıq ənənəvi neftə keçir. Bununla
da bir ayın içində neftin qiyməti yenidən iki dəfə artacaq".
İlham Şaban onu da qeyd etd iki, neftin qiyməti 2010 - cu ildə 100,
2011 – ci ildə 111 dollar 12 sent, 2012 – ci ildə 11 dollar 70
sent, 2013- cü il üçün isə proqnoz 105 dollardır: "Bunlara da böyük
şkalada baxsaq, faktiki olaraq düz xətt deməkdir. Baxmayaraq ki, bu
dövrlərdə Yaxın Şərqdə çox böyük təlatümlər, Şimali Afrikada rəngli
inqilablar gedib. Bütün bunlara baxmayaraq, neftin illik qiyməti
çox stabildir. Bu baxımdan yaxın zamanlarda neftin qiymətlərində
sınıq xətlə dəyişiklik olmayacaq".
Amma iqtisadçı Natiq Cəfərli isə bu il neftin qiymətinin aşağı
düşəcəyini fikrini təsdiqləyir: "ABŞ-da şist qazı inqilabı dünyanın
enerji xəritəsini ciddi şəkildə dəyişdirdi. Əvvəllər bunu bəzi
ölkələr ciddiyə almırdı. Hətta ekoloji problemləri olacağı barədə
fikirlər də irəli sürürdülər. Amma praktika sübut etdi ki, bu, belə
deyil. ABŞ Avropadan, xüsusi ilə Qətərdən külli miqdarda sıxılmış
qaz alırdı. Həmin qazdan imtina etdi. Çünki, ABŞ 2009- cu ildən
etibarən yeni texnologiyaları inkişaf etdirərək ən böyük qaz
istehsalçısına çevrildi. Qətər də məcburən həmin qazı Avropa
bazalarına yönəltməyə başladı. Bununla da son iki ildə Avropa
bazarlarında qazın qiyməti təqribən 30 – 40 % aşağı düşüb. İndi də
ABŞ və Kanada şist nefti və bitum qumlarından neft alan yeni neft
texnologiyalarını inkişaf etdirib. Təəccüblüsü də odur ki, Kanada
ancaq elə bitum qumlarından gündə 1 milyon barrel neft istehsal
edəcəyini açıqlayıb. ABŞ isə 2014 – cü ilin əvvəlində özünün neftə
olan tələbatını artıq daxili resurslar hesabına ödəməyi qarşına
məqsəd qoyub. Hətta 2015 – ci ildən sonra bəzi ölkələrə neft ixrac
etməyi haqqında da düşünür. Yəni, yeni texnologiyaların,
ümumiyyətlə, avtomobil və digər sahələrdə enerji qənaətli
texnologiyalarının ciddi inkişaf etməsi neftin qiymətlərinin aşağı
düşəcəyini proqnozlaşdırmağa əsas verir. Amma dəqiq qiymət söyləmək
çətindir. Ən azından 2013 və 2014- cü ilin əvvəllərində neftin
qiymətində kəskin azalmalar müşahidə olunmalıdır. Çünki, inkişaf
texnologiyaları bunu diqtə edir".