Xaçmazda tükürpədən olay - Qardaş bacısının razılığı ilə...

3 May 2013 15:25 (UTC+04:00)

Xaçmaz rayonunda hər kəsin əsəblərini tarıma çəkəcək olay baş verib.  AzNews.az-a daxil olan məlumata görə, rüsvayçı hadisə rayonun Mollaoba kənd sakini Təhmasib Muradovun ailəsində qeydə alınıb. 


Belə ki, adı çəkilən şəxsin 24 yaşlı oğlu Elçin Muradov 7-ci sinifdə oxuyan bacısı ilə cinsi əlaqədə olub. Faktın üstü isə xəstəxanada açılıb. Belə ki, qızını səhhətindəki problemlə əlaqədar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirən ailəyə onun 2 aylıq hamilə olduğu deyilib.


Ailə faktı gizlətməyə çalışsa da, xəstəxana bu barədə polisi məlumatlandırıb. Xəstəxananın Qadın Məsləhətxanasının baş həkimi Kəmalə xanım AzNews.az-a açıqlamasında faktla bağlı polisə məlumat verdiyini deyib: "Polisə məlumat vermişik də, gəlib lazım olan adamı aparıblar da. Polislə müstəntiq gəlmişdi".


Xaçmaz RPİ-nin rəisi Şəhriyar Şəmşirli Aznews.az-a açıqlamasında bildirib ki, fakt araşdırılır: "Qardaşla bacı öz aralarında razılaşıblar. Zorlanma faktı yoxdur. Bir qələt eləyiblər də".