Dərslərini vaxtında çatdırmadığı üçün özünə qəsd etdi

3 May 2013 15:51 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çinin şərqində iki şagird "tapşırıqlarını vaxtında yerinə yetirə bimədikləri üçün" intihar edib. Çin rəsmi mətbuatında verilən xəbərlərə görə intiharlar "Ciangsu" əyalətinin paytaxtı Nancinqdə baş verib. 

Şagirdlərdən 15 yaşında olanı üç günlük rəsmi tətilin sonunda tapşırıqlarını tamamlaya bilmədiyi üçün özünü yüksək bir yerdən ataraq həyatını sonlandırıb. Eyni qəsəbədə yaşayan 13 yaşındak başqa bir şagird isə tətil tapşırıqlarını bitirə bilmək üçün dünən 4-də yuxudan oyanıb. "China Daily"nin xəbərində, "Uşaq intihar məktubunda ana-atasını çox sevdiyini, çox kədərli olduğunu və məzarına ən sevdiyi çiçək olan şanagüllə (göldə bitən çiçəkli bitki) gətirəcəklərini ümid etdiyini yazıb" . Çində uşaqlar orta hesabla 8,6 saat müddətində məktəbdə vaxt keçirir. Bu müddət bəzən 12 saata qədər çıxa bilir. Daha sonra isə tələbələr saatlarla ev tapşırıqlarını etmək məcburiyyətində qalır. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə ölkə gəncliyinin 99 faizi oxuyub yazmağı bilir.