Azərbaycanda neftçilər tətil elan ediblər?

3 May 2013 17:00 (UTC+04:00)
Bunu  ARDNŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev deyib.

Qeyd edək ki, daha əvvəl bəzi KİV-in yaydığı məlumatda NQÇİ-də əməkhaqqından narazı olan 100-ə yaxın işçinin tətilə başladığı bildirilirdi.

Quliyev deyib ki, idarədə 40 briqada işləyir. Bütün briqadalar iş yerindədir.

Qeyd edək ki, bu gün səhər saatlarında NQÇİ-nin 8 əməkdaşı ötən aya görə əməkhaqqında fərqi aydınlaşdırmaq üçün idarəyə gəlib. İzahatdan sonra cavabdan razı qalan əməkdaşlar işi davam etdiriblər.