Yeni virus yayılıb

3 May 2013 17:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Taylandda, ağcaqanadlardan bulaşan virusun səbəb olduğu epidemiyada 33 nəfər ölüb.

Sağlamlıq səlahiyyətliləri ilin ilk 4 ayında 26 min nəfərdə bu virusa rast gəlindiyi və 33 nəfərin  xəstəlik səbəbiylə həyatını itirdiyi deyilib. Ölümcül xəstəliyin yağış mövsümündə daha sürətlə yayıldığı bildirilib. Virus daşıyan ağcaqanadların dişləməsi ilə bulaşan virus; hərarət, baş ağrısı, dəri töküntüləri kimi əlamətlərə gətirib çıxarır, bəzi hadisələrdə isə ölümcül komplikasiyalara səbəb olur.