Azərbaycanlı müğənninin paylaşdığı foto qalmaqal yaratdı - FOTO

4 May 2013 13:49 (UTC+04:00)
Mövqe.az-in məlumatına görə, ifaçı gecə xalatında çəkdirdiyi fotosunu öz profilində paylaşıb. Facebook istifadəçiləri arasında Zərgərlinin bu hərəkəti birmənalı qarşılanmayıb. Şəkli bəyənib xoş sözlər yazanlar da olub, ifaçını qınayanlar və tərbiyəsiz atmacalar yazanlar da. Bununla da Roza Zərgərlini qınaq atəşinə tutanlarla müdafiə edənlər arasında mübahisə başlayıb.

Şərhlərdən xəbər tutan Roza Zərgərli özü söhbətə qarışıb. Baş verənlərdən əhvalı pozulan müğənni "Bu, siz dediyiniz deyil, film çəkilişindəndir. Yuxudan oyanıb övladlarıma baş çəkirəm burada. Evdə palto geyinərlər? Heç gözləməzdim, ayıb olsun bu fikirləri yazan oğlanlarımıza. Özünüzə hörmət edin" - yazaraq təəssüfünü bildirib.