Movqe.az məşhur şou-biznes saytı "E!Online"a istinadən xəbər verir ki, Castin Bieberin pərəstişkarları şənbə günü onun atdığı tviti oxuyanda peşman olub. Amerikanın məşhur şou-biznes saytı "E!Online"ın tvitter hesabından Castin Bieberin eynicinsli olduğunu açıqladığı tviti yayımlayıb. Daha sonra isə Castin Bieberin gah küsülü, gah barışıq olduğu sevgilisi Selena Qomezdən hadisəni dəstəkləyən bir tvit gəlib. Qomezin Castinin bu qərarını dəstəklədiyi görülüb. Castin Bieberin gənc fanatlarının düşdüyü bu dəhşət vəziyyət isə qısa müddətdə sona çatıb.
Suriya Elektron Ordusu adlı hacker qrupunun 5 milyon izləyicisi olan hesabını çökdürmüş olduğu ortaya çıxıb.
"E!Online" isə təqibçilərindən üzr istəyərək vəziyyəti düzəltməyə çalışdıqlarını açıqlayan bir tvit atıb.