"Twitter"dan "Microsoft"a pis xəbər

6 May 2013 17:01 (UTC+04:00)

Movqe.az xəbər verir ki, həm Twitter, həm də İnternet Explorerin 6. və ya 7-ci versiyalarından istifadə edirsinizsə artıq bir seçim etmək məcburiyyətindəsiniz. Sosial media nəhəngi Twitter, Microsoft-un veb brauzer internet explorerin 6. və ya 7-ci distributivlərinə artıq dəstək olmayacağını açıqlayıb. Twitterdən edilən şərhdə IE 6 və 7-nin kifayət qədər aktual olmadıqları ifadə edilib. Həm Twitter üzvlərinin həm də IE 6 və ya 7-ci versiyasını istifadə edənlərin çoxluğu düşünüldüyündə Microsft-un işinin çətin olduğu deyilib. Twitter dünyada ən çox ziyarət edilən ilk 5 saytdan biridir.