Arı duz ehtiyacını belə qarşılayır

6 May 2013 18:22 (UTC+04:00)

Tısbağa və arının birlikdə çəkildiyi şəkil daha əvvəl heç yerdə görülməyib. Movqe.Az-ın məlumatına görə, Dr. Oliver Danqles illərdir etdiyi araşdırma nəticəsində maraqlı bir nəticəyə çatıb. Kameralara rast gələn arı və tısbağası fotoşəkili daha əvvəl rast gəlinməyən cinsdəndir. Bu mənzərə Dr.Oliver Danqles tərəfindən "Yasuni National Park"da çəkilib. Susuz qalan arı ağlayan tısbağa gözyaşlarını sanki silir. Ancaq araşdırmalar bu anın daha əhəmiyyətli bir istiqamətinə diqqət çəkir. Elm adamlarına görə, duza ehtiyacı olan arı bu ehtiyacını göl yerinə, tısbağa gözyaşından alır. Duzun bir çox canlının həyatda qalması və törəməsi üçün lazımlı olduğunu söyləyən Danqles, " Duz, hüceyrələrdə su tarazlığını qoruyur və sinirlərin davranışlarını artırır" deyib.