Braziliya sahillərində Atlantis tapıldı

7 May 2013 15:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiya və Braziliya, Rio de Janeironun sahillərində böyük miqdarda qranit olduğunu, bunun da Atlas Okeanında bir qitənin varlığına işarə etdiyini bildirib. Braziliyalı bir səlahiyyətli, qranitin yalnız quru bölgələrdə meydana gəldiyinə diqqət çəkərək Atlantisin yerləşdiyi düşünülən bölgədə bir quru parçasının varlığının bu şəkildə ortaya çıxdığını qeyd edib. Böyük miqdarda qranit, Yaponiya Dəniz Araşdırma və Texnologiya Təşkilatına aid olan "Shinkai" 6500 adlı denizaltı vasitəsilə  ortaya çıxarılıb. Qranitin, milyonlarla il əvvəl suyun dibinə çökdüyü sanılır. Araşdırmalar zamanı insan istehsalı bir quruluşa isə rast gəlinməyib. Araşdırmalar zamanı böyük miqdarda kvarsa da rast gəlinib. Kvarsın dənizdə meydana gəlmədiyinə diqqət çəkilib. Quru parçasının təməlinin isə bazalttan meydana gəldiyi düşünülür. Məşhur Yunan filosof Platonun qeydlərinə görə, Atlantis, doqquz min il əvvəl yaşanan fəlakətlər nəticəsində okeanın dibinə batıb.