Movqe.az xəbər verir ki, səhərlər oyanmaqda çətinlik çəkənləri bu dərddən qurtaracaq bir zəngli saat hazırlanıb. "NothingLabs" saytının yayımladığı cihazda inkişaf etdirilən bir sistem ilə həyəcan siqnalı çalmağa başladıqdan sonra əgər 10 saniyə ərzində oyanılmazsa günə pul itirərək başlanır. Zəngli saatın üstündəki bölməyə kağız pul yerləşdirilir. Siqnalizasiya qurulan saatda çalmağa başladıqdan sonra 10 saniyə ərzində dayandırılmazsa pul qırıq-qırıq edilir.