3 yaşlı Fatiməyə sağlam ömür bəxş edək-VİDEO

7 May 2013 16:43 (UTC+04:00)
Fatimə balaca qara gözlərini ağlaya-ağlaya danışan anasına dikib susqun baxır. Nə baş verdiyni anlamayan bu balaca qızın cəmi 3 yaşı var. Ancaq 4 aylığından indiyədək hər 15 gündən bir bədəninə qan köçürülür. Fatimə Betta Talassemiyanın orta-ağır formasına düçardır.
Fatimənin anası Ayfər Əmiraslanova danışır ki, Fatiməyə lazım olan donor çətinliklə tapılır.

"Qızım 2 yaş 9 aylığındadır. Betta Talassemiyanın orta-ağır formasından əziyyət çəkir. Bu xəstəlik irsidir. Fatimə hardasa 4 aylıq olanda hemoqlabinin 50 fazidən xeyli aşağı düşdü, istiliyi 39 dərəcəyədək qalxdı. Bu səbəbdən bütün genetik qan analizləri verdik. Gəncədəki həkimlər məsləhət bildilər ki, hemotologiya İnstitutunda da analiz verək. Və analizlərin nəticəsində məlum oldu ki, ağır talassemiya xəstəsidir".
Ayfər xanım deyir ki, elə o gündən Fatiməni Bakıdakı Talasemiya Mərkəzində qeyiyyata salıblar.

"Talassemiya mərkəzində qeydiyata durduq. O aura məni pis hala saldı. Uşaqların üzləri dəyişib, əcayib hala düşüb. Uşaqlar qan köçürürlər, onlar ağlayırlar....o vaxtdan bu yana biz də Fatiməy qan köçürdürük. Qan qrupu müsbət 3 olduğundan Fatiməyə donor çətinliklə tapılır. İndi körpədir deyə, 15-20 gündən bir qan köçürürük. Böyüyəndən sonra məcbur olub həftədə bir dəfə köçürməli olacağıq. Mən maraqlanmışam, deyirlər bu xəstəliyin müalicəsi var. Türkiyə, İtaliyada mülaicə məsləhət görüldü. Donor axtarışına başlanıldı və mart ayından bizə deyildi ki, Dünya İlik Bankından 5 donor namizəd var və qızım əməliyyat edilə bilər".

Fatimənin ilik əməliyatı üçün 150 min manat vəsait lazımdır. Orta dolanışığı olan ailə bu qədər vəsaiti tək başına toplaya bilmir. Anası xahiş edir ki, imkanı olan insanlar Fatimənin yaşamasına yardım etsinlər.

"Xahiş edirəm vəsaitin toplanmasına yardım edin mənim balam sağalsın. Bilirəm xəstə uşaq çoxdur. Ümid edirəm, bizə kömək ediləcək, pul toplanacaq.
İnşallah, Fatimə sağalsın, həkim olsun. Özü də deyir ki, həkim olacam. Qızım özü xəstə uşaqları təmənasız sağaldacaq".

Fatimə kameranın işıqlarına baxıb gülür...Onun sağalmasında, daim təbəssüm saçmasında hər birimizin payı ola bilər!


http://www.youtube.com/watch?feature=player_embedded&v=9WNSr2-LDSU